İnterpolun axtarışa verdiyi Azərbaycan vətəndaşı Moskvada saxlanıldı

İnterpolun axtarışa verdiyi Azərbaycan vətəndaşı Moskvada saxlanıldı Moskvada İnterpol xətti ilə axtarışda olan Azərbaycan vətəndaşı saxlanılıb.
36 yaşlı kişi martın 21-də yol polisi əməkdaşları tərəfindən Xovrino ərazisində saxlanılıb.
Şübhəli şəxslə bağlı oriyentasiya Azərbaycan İnterpolundan, Bakıdan gəlib. Orada həmin şəxs əməliyyat-axtarış fəaliyyəti haqqında qanunu pozmaqda və külli miqdarda əmlakı ələ keçirmək məqsədilə hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinir.
Həmin şəxs barəsində həbs-qətimkan tədbiri seçilib. Saxlanılan şəxsin adı açıqlanmayıb.

Tehsil-press.az





Oxşar xəbərlər