İnterpol Elnur Abbasovu axtarışa verib

İnterpol Elnur Abbasovu axtarışa verib İnterpol daha bir azərbaycanlı barədə beynəlxalq axtarış elan edib.
1979-cu ildə Şirvan şəhərində anadan olan Elnur Abbasov qəsdən adam öldürməkdə ittiham olunub.
Təqsirləndirilən şəxs barəsində hüquq-mühafizə orqanlarında cinayət işi başlansa da, o istintaqdan yayınıb.
Məhkəmə istintaq orqanının təqdimatı ilə E.Abbasov barəsində həbs qətimkan tədbiri seçilib və axtarış elan edilib.
İnterpol məhkəmə qərarına əsasən E. Abbasovu beynəlxalq axtarışa verib.

Tehsil-press.az

Oxşar xəbərlər