Azyaşlının telefonunu əlindən alan şəxs saxlanıldı - Video

Azyaşlının telefonunu əlindən alan şəxs saxlanıldı - Video Binəqədi rayonunda azyaşlıya qarşı soyğunçuluq edən şəxs saxlanılıb.
Zərərçəkənin valideyni polisə müraciət edərək bildirib ki, metronun “Azadlıq” stansiyasının yaxınlığında övladına yaxınlaşan 1 nəfər onun mobil telefonunu əlindən alıb.
Soyğunçuluq etməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Elvin İmanov Binəqədi RPİ 5-ci PB əməkdaşları tərəfindən saxlanılıb. O, ifadəsində qeyd edilən hadisəni törətdiyini etiraf edib.
Saxlanılan şəxsin törətdiyi soyğunçuluq hadisəsi və sonradan onun hadisə yerindən yayınması ərazidə olan müşahidə kameraları vasitəsi ilə qeydə alınıb.
Faktla bağlı cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Paytaxtın Səbail rayonunda isə mobil telefon mağazasından oğurluq edən şəxs saxlanılıb. Naməlum şəxs obyektdən dəyəri 1500 manat olan bir ədəd mobil telefon oğurlayıb. Oğurluq etməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Eldar Zeynalov qısa zamanda saxlanılıb.
Həmin şəxs ifadəsində təkcə Səbail rayonunda deyil, paytaxtın digər rayonlarında təxminən 20-yə yaxın mağazadan mobil telefon oğurladığını bildirib. Eldar Zeynalovun ətrafında araşdırmalar davam etdirilir.



Tehsil-press.az



Oxşar xəbərlər