
Bu barədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi İmanqali Tasmagambetov bildirib.
"Ermənistan və Azərbaycan arasında çoxillik ziddiyyətlərin nəticəsi olaraq Qafqaz regionunda gərginlik davam edir", - deyə o, Katibliyin rəhbər heyətinin və təşkilatın birləşmiş qərargahının geniş müşavirəsində bildirib.
Bundan başqa, KTMT katibliyində müşavirənin yekunları üzrə qeyd ediblər ki, "Ermənistan-Azərbaycan sərhədində və Qarabağ zonasında vəziyyət ciddi destabilizasiya ilə doludur".
"KTMT-nin baş katibinin qiymətləndirməsinə görə, Cənubi Qafqazdakı vəziyyət ciddi destabilizasiya ilə doludur. Qarabağ və Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətlə bağlı risklər aktual olaraq qalır", - Katiblikdən bildiriblər.
Tehsil-press.az