UNEC-də Almaniyada yaşayan azərbaycanlı riyaziyyatçı haqqında mühazirə dinlənilib

UNEC-də Almaniyada yaşayan azərbaycanlı riyaziyyatçı haqqında mühazirə dinlənilib Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Novruz mühazirələri” çərçivəsində “Almaniyada yaşayan məşhur azərbaycanlı riyaziyyatçı Məsud Əfəndiyev” mövzusunda tədbir keçirilib.
İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun (İAETİ) direktoru, Əməkdar elm xadimi, professor Yadulla Həsənli Azərbaycanda riyaziyyat elminin inkişafı istiqamətində həyata keçirilən tədbirlər və tanınmış riyaziyyatçı alimlərin ölkə elminin inkişafındakı rolundan danışıb.
Sonra İAETİ-nin şöbə müdiri dosent Murad Bağırzadə “Almaniyada yaşayan məşhur azərbaycanlı riyaziyyatçı Məsud Əfəndiyev” mövzusunda təqdimatla çıxış edib. Məruzəçi məşhur riyaziyyatçı alim, professor Məsud Əfəndiyevin elmi fəaliyyətinin önəmli məqamlarını açıqlayıb.
Sonda professor Məsud Əfəndiyevin uğurlarından bəhs edən videoçarx nümayiş olunub.

Tehsil-press.az




Oxşar xəbərlər