Daha 10 tələbə Monpelye Universiteti ilə ikili diplom proqramını uğurla bitirib

Daha 10 tələbə Monpelye Universiteti ilə ikili diplom proqramını uğurla bitirib Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 10 tələbəsi Fransanın Monpelye Universiteti ilə ikili diplom proqramını uğurla bitirib. Beləliklə, UNEC-lə Monpelye Universitetinin ikili diplom proqramından məzun olan tələbə sayı 78 nəfərə çatıb.
3-cü kursu Monpelye Universitetində oxuyan tələbələr 4-cü kursdan təhsillərini İqtisad Universitetində davam etdirəcəklər. Tələbələr məzun olduqda UNEC-lə yanaşı, Monpelye Universitetinin də diplomunu əldə edəcəklər.
2023/2024-cü tədris ilində isə UNEC-in 15 tələbəsinin həmin proqramda iştirak etməsi nəzərdə tutulub.
Xatırladaq ki, 2016/2017-ci tədris ilindən başlayaraq UNEC tələbələri Monpelye Universitetinin beynəlxalq menecment və biznes ixtisası üzrə bakalavr diplomunu əldə edirlər.

Tehsil-press.az


Oxşar xəbərlər