UNEC: xarici universitetlərlə ikili diplom və mübadilə proqramları reallaşdırılır

UNEC: xarici universitetlərlə ikili diplom və mübadilə proqramları reallaşdırılır Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) MBA proqramı üzrə Linkoln (ABŞ), UBIS (İsveçrə), Monpelye (Fransa) və Mikolas Romeris (Litva) universitetləri ilə ikili diplom proqramı reallaşdırır. Almaniyanın Yena Fridrix Şiller Universiteti ilə mübadilə proqramı həyata keçirir.
MBA proqramını bitirənlər doktorantura təhsili ala bilərlər. 2020/2021-ci tədris ilindən etibarən UNEC-də MBA proqramında təhsil alan magistrlərə könüllülük əsasında iki seçim şansı yaradılır. Doktorantura pilləsində təhsilini davam etdirmək istəyənlər ərizə ilə müraciət edirlər. Onlar I kursdan etibarən dissertasiya işi götürürlər. Doktorantura pilləsində təhsil almaq istəməyənlər isə əlavə olaraq iki seçmə fənn və strateji menecment fənnini qəbul etməlidirlər. Hər iki seçimi edən magistrantlar 120 kredit qazanmaqla magistr diplomu əldə etmiş olurlar.

Tehsil-press.az

Oxşar xəbərlər