ATMU-da universitet-sənaye əməkdaşlığı genişlənir

ATMU-da universitet-sənaye əməkdaşlığı genişlənir Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Avropa İttifaqi tərəfindən maliyyələşdirilən Erasmus+ proqramı çərçivəsində PİCASP layihəsinin ATMU üzrə layihə komandasının təşkilatçılığı ilə müəllimlər və sənayedən olan mentorlar arasında görüşlər və müzakirələrin aparılması davam edir.
Gənclər və İdman Nazirliyinin Regional Olimpiya Mərkəzləri otellərinin rəhbəri Bahar Dadaşova, ATMU-nun Mehmanxana və restoran biznesi kafedrasının müəllimləri Samir Babazadə və Firuzə Raşovanın iştirakı ilə növbəti görüş keçirilib. Görüşün məqsədi otel menecmenti və otel işinin təşkili fənlərinin məzmunu, təlim, öyrənmə və qiymətləndirmə metodlarının təkmilləşdirilməsi imkanları, həmin fənlərin layihə çərçivəsində kütləvi onlayn açıq kurslar (MOOC) formasında təşkil olunmasıdır.
Görüşdə fənn üzrə materialların müzakirəsi, elektron proqram təminata yüklənilməsi ilə bərabər, tədrisin təşkili üzrə məsələlər də müzakirə olunub.

Tehsil-press.az




Oxşar xəbərlər