
Şagirdlərlə görüşdə B.Aslanbəyli məktəb illəri, sevimli müəllimləri ilə bağlı xatirələrini bölüşüb, həyat yolunun maraqlı məqamlarından, sürətlə dəyişən dünyada nəsillər arasında yaşanan oxşar və fərqli cəhətlərdən söz açıb. Qonaq məşğul olduğu fəaliyyət sahələrindən, əldə etdiyi nailiyyətlərdə aldığı təhsilin və qazandığı təcrübələrin rolundan danışıb.
B.Aslanbəyli böyük enerji layihələrinin müəllifi və iştirakçısı kimi Azərbaycanın regionda artan nüfuzu, bu layihələrin perspektivləri, ölkəmizin alternativ enerji potensialı barədə məktəbliləri məlumatlandırıb. Qonaq, həmçinin məşğul olduğu sahələr arasında xüsusi yeri olan müəllimlik fəaliyyətinin həyatındakı yeri və rolundan söz açıb, ixtisas seçimi ilə bağlı gənclərə tövsiyələr verib, şagirdləri düşündürən suallara aydınlıq gətirib.
Qeyd edək ki, “Məktəbdə...” layihəsinin əsas məqsədi şagirdlərə mənəvi-əxlaqi dəyərlərə hörmət və ictimai məsuliyyət hissi aşılamaq, mütaliəyə marağı artırmaq, vaxtın düzgün idarə olunması, mühitə adaptasiya yollarını təbliğ etməkdir.
Tehsil-press.az