Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən elmi-praktik konfrans başa çatıb

Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən elmi-praktik konfrans başa çatıb Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən “Azərbaycanda milli iqtisadi sistemin formalaşması və inkişafı” mövzusunda respublika elmi-praktik konfransın bölmə iclasları keçirilib.
Fakültə dekanı dosent Mirağa Əhmədovun moderatorluğu ilə keçən bölmə iclasında “Azərbaycanda kiçik və orta sahibkarlıq fəaliyyətinin inkişaf perspektivləri”, “Azərbaycanda iqtisadi potensialdan səmərəli istifadə və institusional islahatlar”, “Azərbaycanda Heydər Əliyevin iqtisadi siyasəti və sahibkarlığın inkişafı”, “Azərbaycanın aqrar sektorunda sahibkarlıq fəaliyyətinə dövlət dəstəyi” mövzularında çıxışlar olub.
İqtisadiyyat fakültəsinin dekanı dosent Elçin Eyvazovun moderatorluğu ilə keçirilən iclasda “Azərbaycanın milli iqtisadi inkişaf modelinin nəzəri əsasları”, “Azərbaycanın iqtisadi inkişaf modeli qlobal çağırışlar kontekstində”, “Azərbaycanın iqtisadi inkişaf modelinin xüsusiyyətləri” və “Azərbaycanın milli iqtisadi sisteminin formalaşması mərhələləri” mövzularında məruzələr dinlənilib.
Respublika elmi-praktiki konfrans öz işini uğurla tamamlayıb.

Tehsil-press.az


Oxşar xəbərlər