“Neft-qaz problemləri və perspektivləri” mövzusunda elmi-praktik konfrans təşkil olunub

“Neft-qaz problemləri və perspektivləri” mövzusunda elmi-praktik konfrans təşkil olunub Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Neft və Qaz İnstitutunda “Neft-qaz problemləri və perspektivləri” mövzusunda respublika elmi-praktik konfrans keçirilib. Konfrans ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilib.
İnstitutun icraçı direktoru Vaqif Qurbanov, Gənc Alim və Mütəxəssislər Şurasının sədri Pünhan Səmədli, şöbə müdirləri ümummilli lider Heydər Əliyevin uğurlu neft strategiyasından bəhs ediblər. Bildirilib ki, ulu öndər Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyası bu gün də uğurla icra olunur. Bu strategiyanın uğurla reallaşması fonunda neft gəlirlərinin qeyri-neft sektorunun inkişafına yönəldilməsi ölkəmizin hərtərəfli inkişafını təmin edir.
Konfransda maraqlı məruzələr dinlənilib.

Tehsil-press.az


Oxşar xəbərlər