Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı ilə Formula 1 Azərbaycan Qran-prisinin keçirildiyi trekdə klassik avtomobillərin yürüşü təşkil edilib. Saat 12:45-də başlayan yürüş bir dövrədən ibarət olub. Müxtəlif illərə aid 30-a yaxın klassik avtomobil yürüşdə nümayiş etdirilib. Klassik avtomobillər yürüşü izləmək üçün gələn azarkeşlərin böyük marağına səbəb olub.