“Gör nə qədər medalı var” - İlham Əliyev-Video

“Gör nə qədər medalı var” - İlham Əliyev-Video Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İstanbulda keçirilən “Teknofest” aerokosmik və texnologiya festivalında iştirak ediblər.
Prezident İlham Əliyev “CNN Türk”ün xüsusi xəbər rəhbəri Fulya Öztürkün suallarını cavablandırıb.
Həmin vaxt “Teknofest”də iştirak edən qazi Taleh Camalov və Azərbaycan Prezidenti arasında maraqlı dialoq yaşanıb.
Fulya Öztürk: İkinci Qarabağ müharibəsi qazisi də burada, “TEKNOFEST”dədir. Adınızı öyrənə bilərəm?
Qazi: İkinci Qarabağ müharibəsinin qalibi, iki ayağını da ağır döyüşlərdə itirmiş qazi Taleh Camalov. Vətən sağ olsun.
Prezident İlham Əliyev: Gör nə qədər medalı var. “Xocavənd”, “Cəbrayıl”, “Füzuli”, “Fərqlənməyə görə”, “Xarı bülbül”.
Qazi Taleh Camalov: Bir ay döyüşdə oldum.
Prezident İlham Əliyev: Qəhrəmandır, bizim torpaqlarımızı azad edənlər bunun kimi qəhrəmanlardır.
Qazi Taleh Camalov: Sizin sayənizdə, Selçuk Bayraktar qardaşımızın sayəsində, onların silahlı PUA-larının sayəsində.



Tehsil-press.az




Oxşar xəbərlər