İlham Əliyev və xanımı Mingəçevirdə

İlham Əliyev və xanımı Mingəçevirdə Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 27-də Mingəçevir şəhərinə səfər edib.
Dövlət başçısı və xanımı Heydər Əliyevin şəhərin mərkəzindəki abidəsi önünə gül dəstəsi qoyublar.
Şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov Mingəçevirdə görülən abadlıq-quruculuq işləri barədə onlara məlumat verib.
***
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Mingəçevir Sənaye Parkında “Mingəçevir Tekstil” MMC-nin iplik istehsalı üzrə iki müəssisəsinin açılışında iştirak ediblər.
***
Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Mingəçevirdə "ASAN Həyat" kompleksinin açılışında iştirak ediblər.
Dövlət başçısı və xanımı kompleksin rəmzi açılışını bildirən lenti kəsiblər.

Tehsil-press.az


Oxşar xəbərlər