Ötən ay 65 nəfərə elmi dərəcə verilib

Ötən ay 65 nəfərə elmi dərəcə verilib Aprel ayında elmi dərəcə və elmi ad verilmiş, yaxud verilməsindən imtina edilmiş iddiaçıların sayı açıqlanıb.
Ötən ay 53 nəfərə fəlsəfə doktoru, 12 nəfərə elmlər doktoru dərəcəsi verilib. Həmin müddətdə fəlsəfə doktoru elmi dərəcəsi almaq istəyən 30 nəfərə, elmlər doktoru dərəcəsi almaq istəyən 5 nəfərə imtina cavabı gəlib.
Aprel ayı ərzində 16 nəfərə dosent, 4 nəfərə professor elmi adı verilib. Dosent elmi adı almaq istəyən 5 nəfərə, professor elmi adı almaq istəyən 1 nəfərə isə imtina verilib.
Nostrifikasiya və təkrar attestasiyadan keçən 3 nəfərə fəlsəfə doktoru adı verilib.

Tehsil-press.az




Oxşar xəbərlər