Humanitar Kollecdə ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb

Humanitar Kollecdə ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecdə ulu öndər Heydər Əliyevin anadan olmasının 99 illiyinə həsr edilmiş konsert keçirilib.
Tədbirdə çıxış edənlər Ulu Öndərin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərindən danışıb, dahi şəxsiyyətlə bağlı xatirələrini bölüşüblər.
Konsertdə görkəmli dövlət xadimi Heydər Əliyevin sevdiyi musiqi nümunələri kollecin orkestri, xoru, müəllim və tələbə heyəti tərəfindən səsləndirilib. Tədbirdə, həmçinin kollecin tələbələrinin hazırladığı Azərbaycana və Ulu Öndərə həsr olunmuş rəsm əsərləri nümayiş edilib.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Xalq artistləri Zamiq Əliyev, Simarə İmanova və digər qonaqlar iştirak ediblər.

Tehsil-press.az


Oxşar xəbərlər