
ADMİU “SABAH qruplarına müraciət etmək istəyən aktyor sənəti və rejissorluq ixtisası üzrə təhsil alan tələbələr infosessiyada iştirak edə bilərlər. Onlar “SABAH” qruplarına tələbə qəbulunun mərhələləri, qrupun mahiyyəti, üstünlükləri və s. haqqında ətraflı məlumat əldə edəcəklər.
Xatırladaq ki, “SABAH” ali təhsildə tədrisin keyfiyyətinin yüksəldilməsi, ali təhsil sistemində yeni və fərqli bir mühitin yaradılması, savadlı, bacarıqlı və hazırlıqlı tələbə yetişdirilməsi, əmək bazarının artan tələblərinə müvafiq olaraq kadr hazırlığının təmin edilməsi məqsədilə yaradılıb. “SABAH” qruplarının baza ali təhsil müəssisələrindən biri olan ADMİU-da “SABAH” resurs mərkəzi isə 2014-cü ilin sentyabr ayından fəaliyyətə başlayıb.
Tehsil-press.az