
Tədris işləri üzrə prorektor professor Akif Qasımov hazırda AzMİU-da “SABAH” qrupları üzrə inşaat mühəndisliyi və memarlıq ixtisasları istiqamətində kadr hazırlığının aparıldığını diqqətə çatdırıb. Qeyd edib ki, gələcəkdə universitetdə daha 2 ixtisas üzrə “SABAH” qrupları yaradılacaq.
Eldar Qocayev çıxış edərək 2023/2024-cü tədris ili üzrə “SABAH” qruplarına bakalavriatura və magistratura səviyyələrində qəbul prosesinin başlandığını bildirib. O, “SABAH” qruplarında tədris prosesi, tətbiq olunan təhsil sistemi, tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində aparılan işlərdən danışıb. Qeyd edib ki, “SABAH” qruplarının yaradılmasında əsas məqsəd beynəlxalq rəqabətə davamlı, savadlı, bacarıqlı peşəkar kadr hazırlığını həyata keçirməkdən ibarətdir.
AzMİU-nun “SABAH” Mərkəzinin rəhbəri Pərvin Quliyeva “SABAH” qruplarında təhsil alan sonuncu kurs tələbələrindən 3-nün istehsalat təcrübəsi keçdiyi şirkətlərdən iş təklifi aldığını deyib. Pərvin Quliyeva bunu “SABAH” tələbələrinin real uğuru kimi dəyərləndirib.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.
Tehsil-press.az