ADU-nun Rusiyaşünaslıq mərkəzi Ümummilli Liderin 100 illik yubileyinə həsr olunan tədbir keçirib

ADU-nun Rusiyaşünaslıq mərkəzi Ümummilli Liderin 100 illik yubileyinə həsr olunan tədbir keçirib Azərbaycan Dillər Universitetinin (ADU) Rusiyaşünaslıq mərkəzində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirilib.
Tədbirdə çıxış edən Rusiyaşünaslıq mərkəzinin rəhbəri Diana Hüseynzadə müasir müstəqil Azərbaycanın formalaşmasında Heydər Əliyevin xüsusi rolunu vurğulayıb. Bakıdakı 164 nömrəli məktəbin VII sinif şagirdi Aylin Naibzadə isə Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən danışıb. Mərkəzin elmi işçisi Sergey Klimovun “Multikulturalizm Azərbaycan gəncliyinin səciyyəvi xüsusiyyətidir” mövzusunda məruzəsi dinlənilib. O, multikulturalizmin Azərbaycan modelinin və gənclər siyasətinin formalaşmasında və həyata keçirilməsində Heydər Əliyevin xüsusi rolunu qeyd edib.
Tələbələr “Müstəqil Azərbaycanın təşəkkülündə Heydər Əliyevin rolu”, “Azərbaycan-Rusiya münasibətləri”, “Müslüm Maqomayevin həyatında Heydər Əliyevin rolu” mövzularında məruzələrlə çıxış ediblər.
Dəyirmi masa iştirakçıların müzakirəsi ilə başa çatıb.

Tehsil-press.az


Oxşar xəbərlər