BDU-nun əcnəbi tələbələrinin Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konserti

BDU-nun əcnəbi tələbələrinin Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konserti Bakı Dövlət Universitetinin (BDU) Hazırlıq sektorunun təşkilatçılığı ilə əcnəbi tələbələrin Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Sən elə bir zirvəsən” adlı bayram konserti olub.
Tədbirdə əcnəbi tələbələr təqdimatlar edib, Ulu Öndər Heydər Əliyevin kəlamlarını səsləndiriblər. Onlar Ümummilli Lider Heydər Əliyevə, Azərbaycana həsr olunmuş şeirlər söyləyib, mahnılar oxuyublar.
Sonra Hazırlıq sektoru tələbələrinin Ulu Öndərə həsr etdikləri slayd nümayiş olunub.

Tehsil-press.az



Oxşar xəbərlər