İtaliyalı professor AzMİU tələbələrinə abidələrin bərpasına dair mühazirə oxuyub

İtaliyalı professor AzMİU tələbələrinə abidələrin bərpasına dair mühazirə oxuyub İtaliyanın Milan Politexnik Universitetinin professoru Nora Lombardini Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) mühazirə oxuyub.
“Erasmus+” proqramı çərçivəsində universitetdə qonaq olan professor Memarlıq fakültəsinin tələbələrinə İtaliyada abidələrin bərpası istiqamətində görülən işlərdən, tarixi və müasir binalarda aparılan restavrasiya və konservasiya işlərindən bəhs edib. Mühazirə tələbələr tərəfindən maraqla qarşılanıb. Professor görüşün sonunda tələbələrin suallarını cavablandırıb.
Xatırladaq ki, “Erasmus+” proqramı çərçivəsində AzMİU ilə Milan Politexnik Universiteti arasında əməkdaşlığa dair müqavilə imzalanıb. Müqaviləyə əsasən professor Nora Lombardini bundan öncə də bir neçə dəfə AzMİU-da olub, tələbələrə mühazirələr oxuyub.

Tehsil-press.az




Oxşar xəbərlər