
AzMİU və Milan Politexnik Universitetinin əməkdaşlığı çərçivəsində gerçəkləşən bu layihədə çalışan tələbələrə hər iki tərəfdən alimlər rəhbərlik edirlər. Əcnəbi tələbələrin Milan Politexnik Universiteti tərəfindən elmi məsləhətçisi professor Nora Lombardini, AzMİU-dan isə Memarlıq konstruksiyaları və abidələrin bərpası kafedrasının müdiri professor Səbinə Hacıyevadır.
Tədris ilinin əvvəlində tələbələrə fotolar, cizgilər verilib, abidə haqqında lazımi məlumatlar təqdim olunub, il ərzində bir neçə görüş keçirilib.
Hər iki tərəfin iştirakı ilə onlayn formatda keçirilən növbəti görüşdə tələbələrin sualları cavablandırılıb, abidənin qorunmasına dair təkliflər müzakirə olunub.
Tehsil-press.az