
“İranın mərkəzi hissəsindəki Zaqros dağlarının zirvəsi yaxınlığında işçilər yerin o qədər dərinliklərində nüvə obyekti tikirlər ki, ekspertlər və peyk görüntülərinin təhlilinə görə, bu, ABŞ-ın bu cür obyektləri məhv etmək üçün nəzərdə tutulan son silahının imkanlarından da kənardadır.
Planet Labs PBC-nin foto və videoları İranın nüvə proqramı ilə bağlı Qərblə qarşıdurması fonunda dəfələrlə təxribat hücumlarına məruz qalan Natanz nüvə sahəsi yaxınlığındakı dağda tunellər qazdığını göstərir”, - xəbərdə qeyd edilib.
Tehsil-press.az