ATMU-nun müəllimi İspaniyanın Valladolid Universitetində mühazirə oxuyub

ATMU-nun müəllimi İspaniyanın Valladolid Universitetində mühazirə oxuyub Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Mehmanxana və restoran biznesi kafedrasının baş müəllimi Firuzə Raşova Avropa İttifaqının “Erasmus+” proqramı çərçivəsində İspaniya Krallığının Seqoviya şəhərindəki Valladolid Universitetinin tələbələrinə hotel biznesi, dünyanın ən qeyri-adı hotelləri, onların növləri və tipləri mövzusunda mühazirə oxuyub.
Akademik heyətin mobilliyi həftəsində ATMU-nun baş müəllimi Azərbaycan turizmi və hotel biznesinin hazırkı vəziyyəti, müxtəlif ölkələrin hotel sənayesi, göstərilən xidmətlərə dair fikir mübadiləsinin təşkili, o cümlədən Valladolid Universitetinin müvafiq ixtisas tələbələri üçün nəzərdə tutulan qeyri-adi hotellərlə bağlı praktiki təqdimatın hazırlanması prosesinə rəhbərlik edib.
Akademik heyətin mobilliyi həftəsinin sonunda ATMU-nun baş müəllimi Firuzə Raşova İspaniya Krallığının Valladolid Universiteti tərəfindən sertifikata layiq görülüb.

Tehsil-press.az



Oxşar xəbərlər