Kremldən Ukraynanın Putinlə bağlı açıqlamasına - Reaksiya

Kremldən Ukraynanın Putinlə bağlı açıqlamasına - Reaksiya Kreml Ukrayna kəşfiyyatının ölkənin ilk hədəfinin Rusiya Prezidenti Vladimir Putin olması ilə bağlı açıqlamasına münasibət bildirib.
Bu barədə Kremlin rəsmi sözçüsü Dmitri Peskov danışıb.
Peskov Ukrayna tərəfinin bu açıqlamasının terror xarakterli olmasını bildirib: “Terrorçu rejim özünün terror xarakterli niyyətlərindən danışır”.
O, bununla yanaşı Rusiya liderinin mühafizəsinin gücləndirilməsi ilə bağlı hər hansı tədbirlərin görülüb-görülməyəcəyindən də danışıb: “İnanın ki, təhlükəsizlik xidmətlərimiz öz işini və nə etdiklərini yaxşı bilirlər”.
Xatırladaq ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəis müavini Vadim Skibitski “Welt”ə müsahibəsində bildirib ki, Ukraynada məhv etmək istədikləri Rusiyanın yüksəkrütbəli məmurlarının şərti siyahısı var. Onun sözlərinə görə, siyahıya Vladimir Putin rəhbərlik edir.

Tehsil-press.az


Oxşar xəbərlər