ADPU-da bəstəkar Nailə Mirməmmədlinin barelyefinin açılışı olub

ADPU-da bəstəkar Nailə Mirməmmədlinin barelyefinin açılışı olub Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) İncəsənət və fiziki tərbiyə fakültəsində mərhum bəstəkar, Əməkdar incəsənət xadimi Nailə Mirməmmədlinin anadan olmasının 62-ci ildönümü ilə əlaqədar onun adına auditoriya və barelyefinin açılışı olub.
Açılış mərasimində çıxış edənlər fakültənin müəllimi olmuş, bəstəkar Nailə Mirməmmədli haqqında xatirələrini bölüşüblər. Onun ömür yolundan bəhs edən videoçarxlar nümayiş etdirilib.
Sonra fakültənin tələbələrinin ifasında bəstəkarın əsərləri ifa olunub.

Tehsil-press.az



Oxşar xəbərlər