Başında plastik bidonla gəzən ayı 17 gündən sonra xilas edildi

Başında plastik bidonla gəzən ayı 17 gündən sonra xilas edildi Slovakiyada təbiəti mühafizə qruplarına ölkənin şimalındakı Tatra dağlarının daxil olduğu Raj Milli Parkında ayının başına plastik bidonun ilişib qalması barədə məlumat daxil olub.
Hərəkətə keçən qruplar 17 gün sonra milli parkın Straten bölgəsində sözügedən ayını tapıb və xilasetmə əməliyyatına başlayıb.
Ayının başındakı bidonla uzun müddət sağ qalmasına və bu şəkildə su içməyi öyrənməsinə təəccübləndiklərini bildirən səlahiyyətlilər baytarın köməyi ilə ayını yuxuya verərək başındakını çıxarmağı bacarıblar.
Baytar nəzarətindən sonra təbiətə buraxılan ayının çöl donuzları üçün qoyulmuş 30 litrlik bidondakı qarğıdalını yemək istəyərkən hadisənin baş verdiyi müəyyən edilib.

Tehsil-press.az


Oxşar xəbərlər