İlham Əliyev Zelenski ilə görüşdü

İlham Əliyev Zelenski ilə görüşdü Moldovanın paytaxtı Kişinyovda Azərbaycan Prezidenti İlham Əliyevin Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü olub.
Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
***
Görüşdə Azərbaycan ilə Ukrayna arasında ikitərəfli əlaqələr ətrafında fikir mübadiləsi aparılıb, Prezident İlham Əliyevin 2022-ci ilin yanvarında Ukraynaya səfəri və səfər zamanı keçirilmiş müzakirələr qeyd edilib. Azərbaycan ilə Ukrayna arasında ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə olunub.
Prezident İlham Əliyev bildirib ki, Azərbaycanın Ukraynaya yeni səfiri təyin olunub və səfir tezliklə fəaliyyətə başlayacaq.
Prezident Volodimir Zelenski Azərbaycanın Ukraynaya humanitar yardımlarına, ukraynalı uşaqlara göstərilən qayğıya və onların Azərbaycana səfərlərinin təşkil olunmasına görə təşəkkürünü bildirib və bunun çox yüksək qiymətləndirildiyini deyib.
Söhbət zamanı Azərbaycanın və Ukraynanın beynəlxalq təşkilatlar çərçivəsində bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləməsi məmnunluqla qeyd olundu.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mimi qəsrinin xatirə kitabını imzalayıb.

Tehsil-press.az


Oxşar xəbərlər