Bakının “1975 xəritəsi” etirazı – İrəvan “səhvini” düzəltdi

Bakının “1975 xəritəsi” etirazı – İrəvan “səhvini” düzəltdi Azərbaycan XİN-in 1975-ci il xəritəsi əsasında sərhədlərin müəyyənləşməsinə guya razılıq verməsi ilə bağlı erməni tərəfinin apardığı təbliğata kəskin reaksiyasına İrəvandan cavab gəlib.
Ermənistan XİN başçısı Ararat Mirzoyan bu haqda parlamentin birgə komissiyasının iclasında danışıb.
“Ermənistan üçün 1975-ci il xəritəsi əsasında sərhədlərin delimitasiyası məqbuldur. Ancaq Bakı ilə bu barədə razılaşma hələlik yoxdur”, - deyə o etiraf edib.
Mirzoyan bildirib ki, Azərbaycanın razılığı olmasa da, narazılığını da almayıblar.
Anklavlar məsələsinə gəldikdə isə Mirzoyan vurğulayıb ki, bununla delimitasiya və demarkasiya komissiyası məşğul olmalı və hüquqi aspekti müəyyənləşdirməlidir.
Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan da daxil olmaqla, Ermənistan rəsmiləri son vaxtlar guya Rusiya SQ Baş Qərargahının arxivində saxlanılan və ictimaiyyət üçün əlçatan olmayan 1975-ci il xəritələri əsasında sərhədin delimitasiyasının aparılmasına Azərbaycanın da razılıq verdiyini iddia edirdi. Bu gün Azərbaycan XİN buna qəti şəkildə etirazını bildirən bəyanat yaydıqdan sonra Ararat Mirzoyan Azərbaycanın bu xəritəyə hələ razılıq vermədiyini etiraf edib.

Tehsil-press.az



Oxşar xəbərlər