
Bu barədə Ukrayna Prezidenti ofisinin rəhbəri Andrey Yermak teleqram kanalında bildirib. O yazıb: “Əsirlərin dəyişdirilməsi. Biz 95 insanımızı vətənə qaytardıq. Siyahıya Ukrayna Silahlı Qüvvələrinin, Milli Qvardiyanın əsgərləri, eləcə də sərhədçilər daxildir”.
Onun sözlərinə görə, Mariupoldan, Çernobıl AES-dən, “Zmeynıy” adasından, Baxmutdan əsir düşənlər, həmçinin “Azovstal”ın müdafiəçiləri vətənə qayıdıblar.
Tehsil-press.az