
Görüş zamanı tərəflər təmsil etdikləri universitetlərin tarixi, strukturu, təhsil proqramları barədə bir-birini məlumatlandırıb, universitetlərarası əlaqələri inkişaf etdirmək, təcrübə mübadiləsi aparmaq və beynəlxalq proqramlarda və layihələrdə qarşılıqlı əməkdaşlıq etmək arzusunu ifadə ediblər. ADPU-nun rektoru professor Cəfər Cəfərov mədəniyyət və incəsənət, elm, təhsil və beynəlxalq əlaqələrin inkişafındakı səmərəli xidmətlərinə görə rektor Dilnoza Xocayeva tərəfindən Kokand Dövlət Pedaqoji İnstitutunun Fəxri professoru adı ilə təltif olunub.
Qonaqlar, həmçinin Beynəlxalq əlaqələr üzrə prorektorluğunun nəzdində Türkoloji Mərkəzdə “Heydər Əliyev və Türk dünyası” adlı beynəlxalq elmi seminarda iştirak ediblər.
Sonda qonaqlar universitetin binası, mərkəzləri və auditoriyaları ilə tanış olublar.
Tehsil-press.az