
Özbəkistan nümayəndə heyəti ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynova və elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanovla görüşüblər. Görüş zamanı ortaq tarixi, dini və dili olan türk dövlətlərinin ali məktəbləri arasında münasibətlərin önəmi vurğulanıb, elmi əlaqələrin qurulması, akademik və inzibati heyətin, tələbə və doktorantların qarşılıqlı mübadiləsi perspektivləri müzakirə olunub.
Sonra universitetlər arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Qonaqlar, həmçinin ADPU-nun Təlim-Tədris Mərkəzi, eləcə də digər mərkəzlər və auditoriyalarla tanış olublar.
Tehsil-press.az