“Yadplanetlilər varmı?” sualına cavab verilib

“Yadplanetlilər varmı?” sualına cavab verilib “Yadplanetlilər varmı?” sualına cavab gəldi: Pentaqondan həqiqət! Bəşəriyyət böyük təhlükə altındadır!
Son illərdə artan naməlum hava obyektlərinin aşkarlanması və görüntüləri insanların yadplanetlilərə olan marağını da artırıb. UFO-larla bağlı ABŞ-dan bir-birinin ardınca məxfi hesabatlar və sənədlər təqdim edilərkən, son açıqlamalar dünyada qorxu yaradıb. Uzun illər ABŞ Hərbi Hava Qüvvələrində xidmət edən keçmiş Pentaqon rəsmisi yadplanetlilərlə bağlı şok məlumatlar paylaşıb. Yadplanetlilərdən qorxduğunu təsdiqləyən Devid Qruş bəşəriyyəti gözləyən böyük təhlükəni izah edib.
O, "Yadplanetlilər varmı?" sualını həyəcanlı şəkildə cavablandırıb. Bu yaxınlarda ABŞ dəfələrlə UFO görüntüləri təqdim edilərkən, bir çox rəsmi qurumlar da naməlum hava obyektlərinin açıqlamalarını və şəkillərini paylaşmışdılar. Bir çox ölkədən gələn naməlum hava obyektlərinin görüntüləri bütün dünyada şok effekti yaratsa da, bu dəfə "Yadplanetlilər gəldimi?" sualına qorxulu cavab gəlib.
14 il ABŞ Hərbi Hava Qüvvələrində xidmət edən və eyni zamanda Müdafiə Nazirliyində Pentaqonun gizli proqramlarda iştirak edən Devid Qruş dəhşətli açıqlamalar verib. Əfqanıstanda döyüşmüş və “Şərəf” medalı alan Qruş bəyan edib ki, uzun illər ABŞ hökuməti yadplanetlilərlə bağlı beynəlxalq ictimaiyyətə yalan danışıb.
Bu barədə araşdırmaçı jurnalist Ross Coulthart-a danışan Qruş, yadplanetlilərin yer üzündə insanları öldürdüyünü iddia edib.
İnsan olmayan kəşfiyyatların pis niyyətlə hərəkət etdiyini və hətta Yer üzündə bəzi insanları öldürdüyünü iddia edən Milli Yer Məkan Kəşfiyyat Agentliyinin (NGA) və Milli Kəşfiyyat İdarəsinin (NRO) əməkdaşı, 36 yaşlı Qruş naməlum Hava Hadisələri İşçi Qrupuna qoşulub. Bu qrup UFO-ları araşdırmaq üçün xüsusi olaraq qurulmuşdur.O, həmçinin keçmiş Pentaqonun kəşfiyyat zabitidir. "Məncə, məntiqi yanlışlıq ondan ibarətdir ki, biz yadplanetlilərin qabaqcıl sivilizasiya səviyyəsində olduqları üçün xeyirxah olduqlarını düşünürük. Biz onların niyyətlərini heç vaxt tam başa düşməyəcəyik, çünki biz onlardan deyilik" deyə bildirib.
Jurnalistin yadplanetlilərin insanları öldürüb-öldürməməsi sualını da cavablandıran Qruş dedikləri ilə onu şoka salıb. “ABŞ bəzi gizli əməliyyatlarını ifşa edəcəyi üçün təfərrüatlara girə bilməsəm də, proqramda iştirak edən bir neçə şəxs mənə bu kimi zərərli hadisələrin baş verdiyini bildirdi”. Yadplanetlilərin pis niyyətli olduğunu deyən Qruş sözləri ilə hamını şoka salıb. “Mən indi qorxuram. İnsanları qeyri-insan öldürürmüş” dedikdən sonra Qruş, yadplanetlilərin insanları öldürdüyünü bir daha təsdiq edib.

Tehsil-press.az



Oxşar xəbərlər