
Vəkillər Kollegiyasının dəstəyi ilə keçirilən müsabiqə Türk dünyasının ilk qadın hüquqşünası və vəkili Sürəyya Ağaoğlunun 120 illik yubileyinə həsr olunub.
Üç mərhələdən ibarət müsabiqənin final mərhələsi Azərbaycan Respublikasının Ali Məhkəməsində keçirilib. Final mərhələsində prosesə Ali Məhkəmənin Mülki kollegiyasının hakimləri Aqil Abbasovun sədrliyi, Vidadi Məmmədov, Zaur Əliyevdən ibarət tərkibdə baxılıb. Qiymətləndirilmə nəticəsində “The Court Jesters” komandasının üzvləri Şahin Bayramlı və Elmar Bəyərov qalib elan olunub.
Tehsil-press.az