Ukrayna elə mövqeləri tutur ki... - Ekspert

Ukrayna elə mövqeləri tutur ki... - Ekspert Ukrayna qoşunları cəbhənin müxtəlif istiqamətlərində irəliləyir, lakin neçə kilometr irəliləməklərinin heç bir əhəmiyyəti yoxdur.
Bu sözləri ukraynalı hərbi ekspert Roman Svitan deyib.
O bildirib ki, burada önəmli məsələ kvadrat kilometrlərdə deyil, tutulan yüksəkliklərdədir:
“Bu yüksəkliklərdən Ukrayna hərbçiləri artilleriyanın köməyi ilə daha çox əraziyə nəzarət edirlər. Məsələn, yüksəklikdən ukraynalı müdafiəçilər Donetsk vilayətində Baxmutdan giriş-çıxışa nəzarət edə bilərlər.
Bu, artıq bütöv bir şəhərdir. Söhbət kvadrat kilometrlərdən yox, mövqelərdən gedir. Biz ən yaxşı mövqeləri tuturuq. Burada ciddi müsbət cəhət var. Dinamika mövqeləri tutmaqdadır, kilometrlərdə deyil".

Tehsil-press.az


Oxşar xəbərlər