Zelenski Baxmuta getdi

Zelenski Baxmuta getdi Ukrayna Prezidenti Volodimir Zelenski Donetsk vilayətinin Baxmut şəhərinə səfər edib.
Bu barədə məlumatı şəhərdəki mənbələrinə istinadən “FreeDom” kanalı yayıb.
Zelenskinin səfərinin əvvəlcədən elan olunmadığı bildirilir.
Ukrayna Prezidentinin mətbuat katibi Sergey Nikiforovun sözlərinə görə isə, Zelenski Baxmutda ön cəbhəyə gedib və ukraynalı hərbçilərlə görüşüb. O, Zelenskinin artıq Baxmutu tərk etdiyini qeyd edib.
Qeyd edək ki, Baxmut şəhəri ətrafında bir neçə aydır döyüşlər gedir.

Tehsil-press.az


Oxşar xəbərlər