İstanbul İnkişaf Universitetinin əməkdaşı mübadilə proqramı çərçivəsində UNEC-də olub

İstanbul İnkişaf Universitetinin əməkdaşı mübadilə proqramı çərçivəsində UNEC-də olub Türkiyənin İstanbul İnkişaf Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı, mübadilə proqramının koordinatoru Alisa Usubova “Erasmus+” mübadilə proqramı çərçivəsində UNEC-də bir həftəlik mübadilədə iştirak edib.
Alisa Usubova UNEC-in Beynəlxalq əməkdaşlıq departamentinin müvafiq şöbələrinin, eləcə də Tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsinin əməkdaşları ilə görüşərək, strukturların fəaliyyəti ilə yaxından tanış olub.
Görüş zamanı UNEC haqqında ümumi məlumatlar, beynəlxalq və ikili diplom proqramları, qazanılmış layihələr, eləcə də diferensial əməkhaqqı sistemi, tədqiqat mərkəzləri üçün potensial əməkdaşlıq əlaqələri haqqında fikir mübadiləsi aparılıb.

Tehsil-press.az


Oxşar xəbərlər