Qahirədə yaşayış binası çökdü - 12 ölü var

Qahirədə yaşayış binası çökdü - 12 ölü var Misirin paytaxtı Qahirədə yaşayış binası çöküb, ölənlər var.
Hadisə Hadaiq əl-Kobba bölgəsində baş verib.
Dağıntılar altından 12 nəfərin meyiti çıxarılıb.
Baş Prokurorluğun məlumatına görə, binanın çökməsi ilə bağlı 3 nəfər saxlanılıb. Onların arasında binanın birinci mərtəbəsinin sahibi də var.
Qəzaya səbəb evin birinci mərtəbəsindəki əsas divarlardan birinin uçması göstərilib.

Tehsil-press.az

Oxşar xəbərlər