ABŞ-da binanın çökməsi nəticəsində ölənlərin sayı 75-i ötdü

ABŞ-da binanın çökməsi nəticəsində ölənlərin sayı 75-i ötdü ABŞ-ın Florida ştatının Mayami-Deyd dairəsinin Sörfsayd şəhərində 12 mərtəbəli binanın çökməsi nəticəsində ölənlərin sayı 79-a çatıb.
Bu barədə jurnalistlərə Mayami-Deyd dairəsinin başçısı Daniella-Livayn Kava bildirib.
“Daha 1 nəfərin cəsədini aşkarladıq”, - deyə o qeyd edib.
Kavanın sözlərinə görə, 79 nəfərin həlak olması təsdiqlənib. Dairə başçısı əlavə edib ki, 61 nəfərin taleyi naməlum olaraq qalır.
Xatırladaq ki, çoxmərtəbəli yaşayış binası iyunun 24-nə keçən gecə çöküb. Hadisə nəticəsində 140 nəfərin həlak olduğu bildirilir.

Tehsil-press.az


Oxşar xəbərlər