ABŞ-da binanın çökməsi nəticəsində ölənlərin sayı 35-i ötdü

ABŞ-da binanın çökməsi nəticəsində ölənlərin sayı 35-i ötdü ABŞ-ın Florida ştatının Mayami-Deyd dairəsinin Sörfsayd ərazisində 12 mərtəbəli binanın çökməsi nəticəsində ölənlərin sayı 36-ya çatıb.
Bu barədə jurnalistlərə Mayami-Deyd dairəsinin başçısı Daniella-Livayn Kava bildirib.
“Yağış və digər ağır hava şəraitinə baxmayaraq, biz daha dörd qurbanın cəsədini çıxardıq. Həlak olanların ümumi sayı hazırda 36 təşkil edir”, - o deyib.
Xatırladaq ki, çoxmərtəbəli yaşayış binası iyunun 24-nə keçən gecə çöküb.

Tehsil-press.az


Oxşar xəbərlər