Ardahan Universitetinin əməkdaşları “Xəzər”də

Ardahan Universitetinin əməkdaşları “Xəzər”də Türkiyənin Ardahan Universitetinin əməkdaşları – prorektor Mustafa Yıldız, Beynəlxalq əlaqələr ofisinin koordinatoru Doğan Saltaş və assistent Nurgül Moldayeva Xəzər Universitetində olublar.
Qonaqlar universitetin rektoru İradə Xəlilova, Beynəlxalq əlaqələr üzrə prorektor Vlad Alex Vernigora, İctimai əlaqələr və media üzrə direktor Əlövsət Əmirbəyli və Beynəlxalq əlaqələr ofisinin koordinatoru Fatimə Vəliyeva ilə görüşüblər.
Görüşdə iki universitet arasında əməkdaşlıq məsələləri müzakirə edilib.

Tehsil-press.az


Oxşar xəbərlər