Türkiyəli könüllülər Xəzər Universitetində olublar

Türkiyəli könüllülər Xəzər Universitetində olublar Türkiyə Cümhuriyyəti Gənclər və İdman Nazirliyinin Kırşehir rayon rəhbərliyi və gənc könüllülər Xəzər Universitetində olublar.
Rektor İradə Xəlilova türkiyəli qonaqlara universitet haqqında geniş məlumat verib. Türkiyə Cümhuriyyəti Gənclər və İdman Nazirliyi Kırşehir rayon rəhbəri Numan Şahin, şöbə müdiri Aslan Uçar, layihə rəhbəri Hakan Avşar və könüllülər geniş təqdimatla çıxış ediblər.
Xəzər Universitetinin Kamera orkestri dahi bəstəkar Üzeyir Hacıbəylinin əsərlərini səsləndirib. Universitetin qızlardan və oğlanlardan ibarət rəqs ansamblı Azərbaycan və türk rəqsləri ilə qonaqları heyrətləndirib.
İctimai əlaqələr və media üzrə direktor Əlövsət Əmirbəyli “Türkiyə-Azərbaycan gənclərinin mübadiləsi” proqramı çərçivəsində 5 gün Xəzər Universitetində olacaq Kırşehirli qonaqlar haqqında məlumat verib.
Qeyd edilib ki, proqram çərçivəsində qonaqlar Beynəlxalq əlaqələr ofisinin koordinatoru Fatimə Vəliyevanın rəhbərliyi ilə Bakının görməli yerləri ilə tanış olacaq, Şəhidlər xiyabanını, Bakı Türk Şəhidliyini ziyarət edəcəklər. Gələn ilin yanvar ayında isə proqram çərçivəsində Xəzər Universitetinin tələbələri Kırşehir, Nevşehir, Kapadokya və Ankaraya səfər edəcəklər. Səfər proqramı 5 gün davam edəcək.

Tehsil-press.az



Oxşar xəbərlər