
Çikaqo Uşaq Xəstəlikləri İnstitutunun professoru Melanie Makhija yeni kəşf olunan, iki dozadan ibarət dərman maddəsinın uşaqlarda yer fıstığı allergiyasına qarşı effektiv təsir göstərdiyini bildirib. Təcrübə zamanı uşaqlar birinci dozadan etibarən az miqdarda yer fıstığına, müalicə kursu bitdikdən sonra isə 4-5 yer fıstığına heç bir allergik reaksiya göstərməyiblər. Həmin maddə hələ ki, sınaq müddətini bitirməyib. Həkimlərin fikrincə, yaxın zamanda ondan tibdə istifadə etmək mümkün olacaq.
Tehsil-press.az