Direktorların işə qəbulu müsabiqəsinin esse mərhələsi üzrə apellyasiya müraciətləri davam edir

Direktorların işə qəbulu müsabiqəsinin esse mərhələsi üzrə apellyasiya müraciətləri davam edir Şagird sayı 500-dən çox olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu müsabiqəsinin esse mərhələsi üzrə apellyasiya müraciətlərinin qəbulu davam edir.
Uğur qazanmayan namizədlər https://portal.edu.az/ səhifəsində qeydiyyatdan keçərək esse mərhələsi üzrə apellyasiya müraciəti edə bilərlər.
Müraciətlərin qəbulu avqustun 7-si saat 11:00-da başa çatacaq.
Xatırladaq ki, direktorların işə qəbulu müsabiqəsinin esse mərhələsində 50 faiz və daha yuxarı nəticə göstərən 274 namizəd müsahibə mərhələsində iştirak hüququ qazanıb.

Tehsil-press.az



Oxşar xəbərlər