
Partlayışın təsirindən ətrafda yerləşən evlərin pəncərələri sınıb.
İlkin məlumata görə, partlayış pirotexnikanın saxlanıldığı anqarda qeydə alınıb.
Hadisə zamanı 11 nəfər xəsarət alıb. Hazırda işçilərin təxliyəsi həyata keçirilir.
***
Yaralıların sayı 35 nəfərə çatıb. Onlardan dördünün vəziyyəti ağırdır.
***
Sergiyev Posad şəhər rəhbərliyinin məlumatına görə, zavodda partlayışa səbəb texnoloji proseslərin pozulması olub.
***
Yaralıların sayı 52-yə yüksəlib.
Tehsil-press.az