Rusiyanın Belqorod vilayəti atəşə tutulub. Rusiya tərəfi hücumun Ukrayna Ordusu tərəfindən olunduğunu açıqlayıb. Bildirilib ki, Belqorod vilayəti ərazisinə 140 mərmi və pilotsuz aparatlarından partlayıcı qurğular atılıb. Nəticədə 1 nəfər ölüb, 6 nəfər yaralanıb.