Qasırğa 220 min evi işıqsız qoydu - 14 şəhərdə məktəb bağlandı

Qasırğa 220 min evi işıqsız qoydu - 14 şəhərdə məktəb bağlandı Tayvanda güclü “Haikui” qasırğası zamanı 80-ə yaxın insan xəsarət alıb.
220 min ev işıqsız qalıb, 14 şəhərdə məktəblər bağlanıb.
Bildirilib ki, dağlıq ərazilərdə təhlükəli olan rayonlardan 7 mindən çox insan təxliyə ediliblər.
Hava proqnozlarına görə, "Haikui" hazırda Çinə doğru irəliləyir. Meteoroloqların fikrincə, həftənin sonuna qədər Tayvanda güclü yağışlar yeni daşqınlara səbəb ola bilər.
Qeyd edək ki, daha əvvəl “Haikui” tayfunu səbəbindən Tayvanda kütləvi təxliyə barədə məlumat verilmişdi.

Tehsil-press.az


Oxşar xəbərlər