Güclü qar minlərlə evi işıqsız, yolları maşınsız qoydu

Güclü qar minlərlə evi işıqsız, yolları maşınsız qoydu Yaponiyanın Niiqata şəhərinə güclü qar yağması səbəbindən 10 minə yaxın ev işıqsız qalıb.
Bu barədə məlumatı "Tohoku Electric" şirkəti yayıb.
Bildirilib ki, qarın təsirindən yollar buz bağlanıb, bir sıra marşrutlarda qatarların hərəkəti dayandırılıb.
Yaponiya özünümüdafiə qüvvələri yolların təmizlənməsi işinə cəlb edilib.
Digər yerli mənbələrdə isə Niiqatada qarın təsirindən bir nəfərin öldüyü və beş nəfərin yaralandığı bildirilib.

Tehsil-press.az

Oxşar xəbərlər