
Ötən illə müqayisədə bu il qəbul olanların sayı 169 nəfər daha çoxdur.
İxtisaslar üzrə ən yüksək göstəricilərə gəlincə, 2023/2024-cü tədris ilində qəbul planı üzrə universitetin memarlıq, dizayn, iqtisadiyyat, biznesin idarə edilməsi, menecment və marketinq ixtisaslarına qəbul 100 faiz yerinə yetirilib.
Qəbul planı üzrə boş yerlər qalan ixtisaslara isə sentyabrın 9-na kimi Dövlət İmtahan Mərkəzi tərəfindən yenidən qəbul həyata keçirilir.
Qeyd edək ki, qəbul olunan abituriyentlər sentyabrın 14-dək https://portal.edu.az/ platforması üzərindən onlayn qeydiyyatdan keçməlidirlər.
Tehsil-press.az