Şimali Koreya nüvə silahı ilə təchiz edilmiş qayığı suya buraxıb

Şimali Koreya nüvə silahı ilə təchiz edilmiş qayığı suya buraxıb Koreya Xalq Demokratik Respublikası (KXDR –Şimali Koreya) taktiki nüvə silahı ilə təchiz edilmiş yeni sualtı qayığını suya buraxıb.
Bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.
Qeyd edilib ki, mərasimdə ölkə lideri Kim Çen In da iştirak edib. “Sualtı qayığın suya buraxılması mərasimi KXDR-in dəniz qüvvələrinin gücləndirilməsində yeni fəslin başlanğıcı oldu”, - deyə məlumatda bildirilir.
Yeni sualtı gəminin hazırda sınaq səfəri üçün dənizə çıxmağa hazırlaşdığı dəqiqləşdirilir.
Bundan əvvəl KXDR-in Koreya Xalq Ordusu Cənubi Koreya ərazisində komanda məntəqələrinin və aerodromların məhv edilməsini imitasiya edərək nüvə zərbəsi endirmək üçün taktiki təlimlər keçirib . Şimali Koreya hərbçiləri Pxenyan Beynəlxalq Hava Limanının ərazisindən şimal-şərq istiqamətində iki taktiki ballistik raket atıblar və şərti hədəfdən 400 metr yüksəklikdə havada partlayıblar.

Tehsil-press.az




Oxşar xəbərlər